Slimfit
  1. ƏDƏBİYYAT

Bacarıqsız Cinayətkar - 1-ci hissə

Bacarıqsız Cinayətkar - 1-ci hissə
Sakura

Bacarıqsız Cinayətkar - 1-ci hissə

     "Əks olunanlar real həyatda baş verən hadisələrin yazıçı  təxəyyülündə bədiiləşməsindən əmələ gəlib.Qəhrəmanlar arasındaki,dialoqlar realdır."

Babək.. hm Babək. Uşaqlıqdan özümə qəhrəman seşdiyim döyüşçü. 26 il..O,26 il ki,özümü dərk etdiyim gündən bu yana Babəkin qəhrəmanlığına qibtə ilə yanaşmışam.Ərəblərə qarşı vətəni,milləti uğruna son nəfəsədək təslim olmadan döyüşməsi,mübarizə aparması mənim ona olan heyranlığımı qat-qat artırırdı.

Lakin mən bilə bilməzdimki, Qızılı saçlı,biraz bəstəboy,gözlərində sanki kainatın bütün sirlərini gizləyən eyni zamanda o gözlərdə bəşəriyyətin  kədərini və Azca dolu yanaqlarında Xəzərin utancaq həmdə üsyankar ləpələrini saxlayan bir qız, Dəcəl,birazda məktəbə qarşı heçdə xooş fikirləri olmayan bir uşağa "Xürrəmilər hərəkatının lideri kim olub?" deyə verdiyi bir sual mənim həyatıma tamamilə yeni bir axış gətirəcək. Qeyri ixtiyari halda suala"Babək" cavab verdim. Və o andan etibarən O,mənim Kriminalistim,mən isə onun Cinayətkarı oldum.

Bax beləcə... Cinayətkar Kriminalist ilə bir gələcək düşündüyünü,onunla birgə bir həyatın,oxuyacaqları kitabların və onu düşünüb yazacağı romanın planını qurarkən,Kriminalist isə Cinayətkarı necə məhv edəcəyinin planını qururdu. Onlar şəhərin işıqsız küçələrində gəzirdilər gecələr.Amma dayanacaqları yer Dədə Qorqudun heykəli olan xirda park idi hər zaman.

Cinnayətkarın əlləri onun yanında refleks olaraq tez-tez yumulub açılır,bu isə Kriminalistin gözlərindən qaçmırdı.Onun əlini tutan  kimi refleks dərhal dayanırdı...

"Əgər saat 12 də yerinə girib,saat 3-də yatırsansa deməli sən aşiqsən" deyirlər.Cinayətkarda hər gün bu hisslərlə yuxuya gedirdi.

-Kriminalist:Səni Cinayətkar kimi təsəvvür edə bilmirəm.

-Cinayətkar:Nə kimi təsəvvür edirsən?

-Kriminalist:səhvən bu dövrə gəlib düşmüş zaman yolçusu kimi))

Cinayətkarın həyatı 180 dərəcə dəyişmişdi,baxış tərzi dəyişmişdi Kriminalisti sevirdi,ama hələdə onunda sevdiyinə tam əmin ola bilmirdi.

-Cinayətkar:Qəlbini oğurlaya bilmirəm,bacarıqsız cinayətkaram.

-Kriminalist:hm.."bacarıqsız cinayətkar" maraqlı ifadədir. Amma istiyirsən cinayətkar ol,istiyirsən çox çox müqəddəs ol,mənim üçün heçbir fərqi yoxdur.Yəni ki, yetərki, özün ol,sən ol. anladın?.

Cinayətkar isə fikirləşirdi,elə hey fikirləşirdi.Ramiz Rövşənin "Qara paltarlı qadın"şeirini dodaqaltı zümzümə edirdi və düşünürdü.

"Görəsən o,mənim qara paltarlı qadınım olar?"

Ardı var....

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR