Slimfit
  1. AZƏRBAYCAN

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkdi

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkdi
Sakura

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkdi

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkib.

Axar.az xəbər verir ki, bunu "Azərişığ"ın Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balans uçotu şöbəsinin rəisi Anar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Rayon ərazisində tikilən 110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası haqqında məlumat verən qurum rəsmisi qeyd edib ki, hazırda həmin stanasiya Lənkəran Beynəlxalq Aeroportunu da elektrik enerjisi ilə təchiz edir:

"110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası təxminən 1 il öncə cənab prezidentin iştirakı ilə istifadəyə verilib. Hazırda bu stansiya 21 min 750 abunəçinin elektrik enerjisi ilə təchiz edir ki, onların da 19 mini əhali, 1 750-i isə qeyri-əhali qrupuna daxildir. Amma bütövlükdə 25-30 min abunəçiyə xidmət göstərmək iqtidarındadır. Yarımstansiya hərəsinin gücü 25 mVt olan 2 transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla ümumilikdə 18 xətt çıxır. Ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Aeroportu yerləşir. Aeroport hər iki tərəfdən gərginliklə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xəttdir. Bu yarımstansiyadan ümumilikdə Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir".

 

Xatırladaq ki, Cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə "Azərenerji" və Azərişıq ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR