Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır
Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət