Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddinə düşüb

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddinə düşüb
Sakura

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddinə düşüb

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı – “Milk-Pro” MMC 2019-cu ili 362 min manat zərərlə başa vurub.

Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 56 % çoxdur.

2019-cu ildə “Milk-Pro”nun satışdan gəlirləri 18,888 milyon manat (2018-ci ilə nisbətən 2,8 dəfə çox), satışının maya dəyəri 19,098 milyon manat (2,75 dəfə çox), inzibati xərcləri isə 151,849 milyon manat (60,6 % çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə “Milk-Pro”nun aktivləri 23,322 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,65 % artaraq 23,421 milyon manata çatıb, 264 min manatlıq balans kapitalı isə 98 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Kapitalın “mənfi”yə düşməsi kommersiya qurumunun müflislik həddinə düşməsindən xəbər verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR