Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yeni növ ilan tapıldı

Azərbaycanda yeni növ ilan tapıldı
Sakura

Azərbaycanda yeni növ ilan tapıldı

Ölkədə yeni ilan növü aşkarlanıb.

Yeni növ Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Slovakiya və Çexiyadan olan alimlərin birgə tədqiqatları nəticəsində müəyyən edilib. Tədqiqat heyətinin Azərbaycandan olan üzvü, Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri Səbinə Bünyatovanın sözlərinə görə, araşdırmalar 5 il davam edib. Nəticənin təsdiqlənməsi və rəsmi məqalənin dərc edilməsi də 5 ilə yaxın vaxt alıb.

Yeni ilan növünə Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədərki ərazilərdə mövcud olmuş antik Urartu dövlətinin adı verilib. Bu ilan növünə ölkənin bütün dağətəyi və dağlıq ərazilərində rast gəlmək mümkündür.

Yeni aşkarlanan növ zəhərsizdir və demək olar ki, ölkədə yayılan ilanlar arasında ən sakitidir.

Elafi Urartika növü dəniz səviyyəsindən mənfi 25 metrdən 1200 metr yüksəkliyə qədər olan ərazilərdə yaşaya bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR