Dərc edildi: Baxış sayı: 227
Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir
Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir.
"Report" xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.
Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət