Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda koronavirus barədə ayrıca məlumat bazası yaradılır

Azərbaycanda koronavirus barədə ayrıca məlumat bazası yaradılır
Sakura

Azərbaycanda koronavirus barədə ayrıca məlumat bazası yaradılır

Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirilib. Səhiyyə Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, toplantıda ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışılıb. Koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib. İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmaq, əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etmək üçün xüsusi tapşırıqlar verib. O qeyd edib ki, görüləcək işlər sürətlə həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda vurğulanıb ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafik məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur. Materiallara əlçatanlığın təmin edilməsi məqsədi ilə, İSİM-in Sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronavirus barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici materialların burada yerləşdirilməsi qərara alınıb.

Mənbə: bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR