Dərc edildi: Baxış sayı: 296
Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəəti 3 il müddətinə vergidən azad edilib
Bu ildən Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəətinin 75 %-i vergidən azad edilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 3 il müddətinə vergidən azad edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət