Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir

Azərbaycanda feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir
Sakura

Azərbaycanda feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir

 Azərbaycanda feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir.

Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 550-ci (feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması) maddəsi dəyişdirilir və yeni redaksiyada verilir.

Maddəyə əsasən, korrespondensiyaların müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təhvil verilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərilməməsinə görə vəzifəli şəxslərin 300 manatdan 500 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyaların və digər göndərişlərin toxunulmazlığının pozulmasına, yəni açılmasına, yoxlanılmasına və ya həbs edilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.

Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan onun operativ nəqliyyat vasitələrindən istifadə edilməsinə görə vəzifələrin şəxslərin 400 manatdan 600 manatadək cərimələnməsi nəzərdə tutulur.

Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimələnir.

Məcəllənin hazırki 550-ci maddəsi belədir: “Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa görə xəbərdarlıq edilir və ya 200 manatdan 300 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, məcəllənin 594-cü (İnzibati icraat haqqında qanunvericiliyin pozulması) maddəsinə də dəyişiklik edilir.

Maddəyə yeni – 0.4-1-ci bəndi əlavə edilir. Yeni bəndə əsasən, inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə görə vəzifəli şəxslər 350 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Layihədə bildirilib ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. Bu dəyişiklik də bu normanın pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutmaq məqsədilə təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR