Dərc edildi: Baxış sayı: 524
Azərbaycanda ən çox qar hara yağıb?
Dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraiti nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar örtüyü əmələ gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət