Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklərin adı açıqlandı

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklərin adı açıqlandı
Sakura

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklərin adı açıqlandı

 

Miokard infarkt və insultun profilaktikası ilə bağlı müvafiq tədbirlər tibb işçiləri tərəfindən həm ilkin səhiyyə xidmətləri səviyyəsində, həm də ikincili səviyyədə həyata keçirilməlidir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, qeyri-infeksion xəstəliklər Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklərdir:

"Avropa ölkələrində olduğu kimi Azərbaycanda da qeyri-infeksion xəstəliklərlə mübarizədə maraqlıdır. Əksər ölkələrdə, o cümlədən QİX-lə mübarizə 2 əsas istiqamət üzrə aparılır. Bunlardan birincisi əhaliyə yönəlimiş müdaxilələrdir. Bunlar arasında tütünçəkmənin qarşısının alınması, spirtli içkilərdən istifadənin azaldılması, sağlam qidalanma və fiziki aktivliyin artırılması əsas yer tutur. Bununla yanaşı hər bir ölkə fərdi hədəfləri seçir".

N.Seyidov əlavə edib ki, qanda yüksək xolesterin olan, hiporteniya, şəkərli diabet diaqnozu qoyulan pasiyentlərin dispanser qeydiyyata götürülməsi, onlarla məsləhətşmələrin aparılması, həyata davranışının dəyişdirilməsi, müvafiq dərman terapiyasının da aparılması vacibdir.

Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-ci ildən başlayan tədbirlər planının müddətinin gələn il bitdiyini deyən İSİM rəsmisi qeyd edib ki, 2020- ci ildən sonrakı 5-10 illik dövrü əhatə edəcək yeni tədbirlər planı, yeni prioretlərin müəyyənləşdirilməsi təmin ediməli, müvafiq priotetlər müəyyənləşdirilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR