Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda boşanmaların sayı artdı - RƏSMİ

Azərbaycanda boşanmaların sayı artdı - RƏSMİ
Sakura

Azərbaycanda boşanmaların sayı artdı - RƏSMİ

“Hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var”.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində yer alıb.

Qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığı və boşanmaların artdığı müşahidə edilir: “2011-ci ildə nikahların sayı 88 145 idisə 2019-cu ildə bu rəqəm 63 869  təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7-dən 6,4-ə qədər azalıb. 2011-ci ildə boşanmaların sayı 10 747 idisə, 2019-cu ildə bu rəqəm 17 148 təşkil edib. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb. Bu gün bütün səylər göstərilməlidir ki, ailə institutu qorunub saxlanılsın və daha da möhkəmləndirilsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR