Slimfit
  1. CƏMİYYƏT

Azərbaycana ornitoloqların axını artır, yeni quş növləri aşkarlanır

Azərbaycana ornitoloqların axını artır, yeni quş növləri aşkarlanır
Sakura

Azərbaycana ornitoloqların axını artır, yeni quş növləri aşkarlanır

Azərbaycanda ornitologiya ilə maraqlanan turistlərin sayı artdıqca, daha çox qeyri-adi quş növləri aşkarlanır.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov deyib.

E.Sultanov vurğulayıb ki, köçəri quşlar iki cür olur: uzaq məsafəyə və yaxın məsafəyə köç edənlər.

Onun sözlərinə görə, uzaq məsafəyə köç edən quşların miqrasiyası günün uzunluğuna bağlıdır:

“Bu il Azərbaycanda iyul ayının və avqust ayının əvvəlinin sərin keçməsinə gəlincə, havanın yaxşı, ya da əlverişsiz olması quşlara heç cür təsir etmir. Gün qısaldıqca onlarda hormonlar artır və xüsusi bir vəziyyətə düşürlər. Bu vəziyyətə “köç narahatlığı” deyilir. Yaxın məsafəyə köç edən quşlar barədə isə onu demək olar ki, Azərbaycanın hava şəraiti onlara təsir göstərmir.

Tundrada, şimal ərazilərində hava pis keçərsə, quşlar yumurtalarını, balalarını itirirlər və tez cənuba köç edirlər. Azərbaycandakı hava şəraiti isə onlara hec cür təsir etmir”.

Ornitoloq qeyd edib ki, quş növlərinin hamısı milyon illərdir təkamül keçib və onlar hər cür havaya uyğunlaşırlar:

“Xırda dəyişikliklər, bir-iki gün yağış yağması və havanın temperaturunun aşağı düşməsi onlara elə də böyük zərər vurmur. Təsirlər, sadəcə, qısamüddətli ola bilər. Lakin tezliklə bu təsirin nəticələri aradan qalxır”.

E.Sultanov Azərbaycanda yeni quş növlərinin aşkar olunduğunu da diqqətə çatdırıb. O deyib ki, Azərbaycana ildən-ilə gələn əcnəbi turistər artır və onların içərisində quşlarla maraqlananlar, elm adamları da olur:

“Bəzi turistlər isə müşahidələr aparırlar və Azərbaycanda yeni quş növlərini aşkarlayırlar. Həmin turistlərin müşahidələrinə əsasən, köçəri, Azərbaycanda müvəqqəti məskunlaşan quş növləri aşkar edilir. Bəziləri təsdiqlənir, bəziləri isə şübhəli qalır.

Azərbaycanda 15-20 il qabaq quş növlərinin sayı 368 idisə, indi bu rəqəm 425-ə çatır. Yəni ornitologiya ilə maraqlanan turistlərin axını artdıqca, daha çox qeyri-adi quş növləri aşkarlanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR