Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Xorvatiyanın kənd təsərrüfatı nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Xorvatiyanın kənd təsərrüfatı nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
Sakura

Azərbaycan və Xorvatiyanın kənd təsərrüfatı nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma…

 Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında sentyabrın 6-da Zaqreb şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərmanla Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinə də Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərilməsi tapşırığı verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR