Dərc edildi: Baxış sayı: 677
Azərbaycan və Çili diplomatik pasport sahibləri üçün viza rejimini ləğv edib
Azərbyaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Çilidə səfərdə olub.
"Report" xəbər verir ki, bu barədə Çilinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı X.Xələfov Çilinin xarici işlər nazirinin müavini Karolina Valdivia ilə görüşüb.
Tərəflər iki ölkə arasında mövcud olan müansibətlərin hazırkı durumunu və gələcək perespektivlərini müzakirə edib, siyasi məsləhətləşmələr aparıblar.
Yekunda iki ölkənin Xarici İşlər nazirlikləri arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslər üçün viza rejiminin ləöv olunmasına dair saziş imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət