Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan-Türkiyə birgə təlimləri niyə keçirilir? - Polkovnik açıqladı

Azərbaycan-Türkiyə birgə təlimləri niyə keçirilir? - Polkovnik açıqladı
Sakura

Azərbaycan-Türkiyə birgə təlimləri niyə keçirilir? - Polkovnik açıqladı

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi Ermənistan mətbuatında və vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim edilir.

Ens.az xəbər verir ki,Polkovnik-leytenant İsa İsmayılov Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb, bu əlaqələrin artıq 28 ili tamam olur.

Onun sözlərinə görə, daha sonrakı illərdə isə Türkiyə və Azərbaycan arasında bu sahədə imzalanan bir çox digər müqavilələr də normativ-hüquqi aktlara söykənir:

"Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsi kimi tədbirlər əməkdaşlıq barədə imzalanan müqavilələrdə öz əksini tapıb. Sözsüz ki, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də məhz birgə hərbi təlimlərin keçirilməsidir. Təbii ki, ermənipərəst qüvvələr vəziyyətin gərginləşməsində maraqlı olduqları üçün təlimlərin indiki vaxtda keçirilməsini guya iyulun 12-dən 17-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda Ermənistanda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim edəcəklər. Ancaq tam səmimiyyətlə və məsuliyyətlə deyə bilərəm ki, kiminsə bu təlimləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən əməliyyatlarla əlaqələndirməsi yalnız gülüş doğura bilər. Belə bir ehtimalı irəli sürmək həm siyasi savadsızlığın, həm də bir hərbçi kimi qeyri- peşəkarlığın göstəricisidir. Bu təlimlər inkişaf edən Azərbaycan-Türkiyə hərbi əlaqələrinin növbəti mərhələsidir və hər iki tərəflə razılaşdırılaraq, illik plana uyğun olaraq keçirilir".

Polkovnik-leytenantın fikrincə, təlimlərin hazırlanması və icra olunması barədə cüzi anlayışı olan hər kəs bilir ki, bu cür genişmiqyaslı təlimləri bir neçə gün ərzində razılaşdırıb keçirmək qeyri- mümkündür. Çünki, planlaşdırma, razılaşdırma, təlimlərə hazırlıq və təlimlərin keçirilməsi protokol qaydalarına uyğun olaraq böyük vaxt tələb edən və uzun sürən prosesdir.

"Birgə təlimlər əvvəllər də keçirilib, həm də ildə bir neçə dəfə və belə təlimlərin səmərəli olmasını zaman artıq sübut edib. Təlimlərin keçirilməsində əsas məqsəd hər iki ölkənin müvafiq qoşun növləri şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatlardı iştirak etmək bacarığını yüksəltmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər həm iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasına, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”.

İ.İsmayılov əlavə edib ki, Azərbaycan və Türkiyə hərbi qulluqçuları bir çox beynəlxalq təlimlərdə və sülhyaratma əməliyyatlarında çiyin-çiyinə fəaliyyət göstərirlər.

"Düşünürəm ki, əvvəllər baş tutan tədbirlər, eləcə də iyulun 29-dan avqustun 10-dək ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri birgə fəaliyyətlərin uzlaşmasında, eləcə də koordinasiyasında faydalı olacaqdır. Hesab edirəm ki, növbəti təlimlər uğurla başa çatacaq, qarşıya qoyulan döyüş tapşırıqları keyfiyyətlə, peşəkarlıqla yerinə yetiriləcək və hər iki ordunun döyüş qabiliyyətinin artırılmasına layiqli töhfə verəcəkdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR