Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Sakura

Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Martın 4-də Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçiriləcək.

Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda Komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib. İclasda həmçinin, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokolun imzalanması və İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iki ölkənin biznes dairələrinin iştirakı ilə dəyirmi masanın təşkil olunması nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR