Dərc edildi: Baxış sayı: 510
Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb
Ötən həftə ərzində (22-26 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,69 ABŞ dolları və ya 1,64% artıb.
Ens.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 42,88 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 44,72 dollar təşkil edib, ən minimal göstərici isə 41,57 dollar səviyyəsində olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət