Azərbaycan millisinin heyətində daha bir dəyişiklik baş verib
Azərbaycan millisi komandası Bəhreynlə yoldaşlıq görüşü və Macarıstanla AVRO-2020-nin seçmə oyunu ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
"Report"un məlumatına görə, Mahir Mədətov "Qarabağ"ın heyətində "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının VII tur matçında zədələnib. Bu səbəbdən, 23 yaşlı hücumçu hər iki matç üçün açıqlanmış heyətdən çıxarılıb.
Əvəzində “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət alıb.
"Qarabağ"ın Lüksemburqda "Düdelanj"la keçirdiyi Avropa Liqasının II tur matçında zədələnmiş Qara Qarayevin isə millinin matçlarında iştirakı üçün heç bir problemin olmadığı müəyyənləşib.
Daha əvvəl "Neftçi"nin zədəli qapıçısı Səlahət Ağayevin əvəzində "Sumqayıt"dan Mehdi Cənnətova dəvət göndərilib.
Qeyd edək ki, Bəhreynlə oyun oktyabrın 9-da, Macarıstanla qarşılaşma isə oktyabrın 13-də olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət