Slimfit
  1. İDMAN

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında cüdoçularımızın hamısından nailiyyət gözləyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında cüdoçularımızın hamısından nailiyyət gözləyirik"
Sakura

Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında cüdoçularımızın hamısından nailiyyət gözləyirik"

“Hazırlıq prosesi bir neçə ayı əhatə edib. Fərqli istiqamətlərdə - fiziki, taktiki və psixoloji durum üzərində işləmişik. Komanda yaxşı təlim-məşq toplanışı keçib”.

Bunu “Report”a cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Natiq Bağırov Bakıda keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib. 54 yaşlı mütəxəssis bildirib ki, cüdoçuların yüksək səviyyədə hazırlıq keçmələri üçün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyası (ACF) hər cür şərait yaradıb: “Ötən müddətdə təlim-məşq toplanışlarında, müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. İndi hər şey özümüzdən asılıdır. Hələlik qadınlardan ibarət yığma yüksək səviyyədə deyil. Komanda indi inkişaf yolundadır. Kişilərdən ibarət komandamızda isə adlı-sanlı cüdoçular yer alıb. İdmançılarımızın hamısından nailiyyət gözləyirik. Dünya çempionatı kimi mötəbər yarış Azərbaycanda, Milli Gimnastika Arenasında keçiriləcək. Komandamızın üzvləri yerli publika önündə müsbət nəticə qazanmağa çalışacaqlar”.

Baş məşqçinin sözlərinə görə, hazırda qadınlardan ibarət yığmada əsas çatışmazlıq təcrübənin az olmasıdır: “Təcrübə və ümumi səviyyə istənilən qədər deyil. Həm kəmiyyət, həm də də keyfiyyət baxımından çatışmazlıq var. ACF bütün ölkə üzrə cüdonun inkişafı, qadın idmançıların yetişdirilməsinə çalışır. Bunun üçün bölgələrdə də hər cür şəraitlə təmin olunmuş məktəblər açılıb. Tədricən bu istiqamətdə nəticələr əldə olunacaq”.

N.Bağırov dünya çempionatında medal şanslarından da danışıb: "Hazırda cüdo bütün dünyada inkişaf etməkdədir. Konkret hansısa ölkəni favorit göstərmək çətindir. Düzdür, yaponiya idmançıları çox güclüdürlər. Amma yalnız bir ölkənin adını çəkmək düz deyil. Hazırda Azərbaycanın yalnız bir dünya çempionu var – Elxan Məmmədov. Lakin dəfələrlər ədalətsizliklə üzləşmişik. Ötən il Rüstəm Orucovla Hidayət Heydərov finalda bir-biriləri ilə üz-üzə gəlməli idilər. Lakin hakimlərin ədalətsizliyi nəticəsində onlar 2-ci və 5-ci yerləri tutdular. Bakıda keçiriləcək dünya çempionatında kişi cüdoçuların hər biri medal qazana bilər. Bunun üçün yetərli potensial var. Buna həm fiziki durumları, həm də təcrübələri imkan verir. Bir az taktiki güləşmək lazımdır. Qadınlardan ibarət yığmada isə İrina Kindzerska yetərincə təcrübəyə malikdir. Yaxşı gücü də var. Görək, necə olur”.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında ümumilikdə 18 idmançı ilə təmsil olunacaq. Kişilərdən ibarət komandanın baş məşqçisi Ruslan Maşurenko heyətə 9 cüdoçu - Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokaurini (+100 kq) daxil edib. Qadınlardan ibarət yığmanın baş məşqçisi Natiq Bağırov isə 6 idmançıya - Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Purevsuren Buyanxişiq (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq) və İrina Kindzerskaya (+78 kq) şans verəcək. Günel Həsənli, Aida Baxışova (hər ikisi 70 kq), Şahin Qəhrəmanov (+100 kq) qarışıq komanda yarışları üçün əlavə partnyorlardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR