Dərc edildi: Baxış sayı: 1035
Azərbaycan əsilli biznesmen dünyanın 42-ci ən zəngin adamı oldu
Azərbaycan əsilli iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərov dünyanın 42-ci zəngini olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bloomberg” agentliyi iş adamının 22,8 milyard dollar sərvətlə dünya zənginləri sırasında 42-ci pillədə qərarlaşdığını yazıb.
Dünya neftinin 2%-ni hasil edən “Lukoyl” şirkətinin sahibi olan Vahid Ələkbərov son 1 həftədə neft bazarındakı gərginlikdən dolayı 531 milyon dollar itirib. Buna görə iş adamı əgər fevralın 5-də 23,4 milyard dollar gəlirlə planetin 39-cu zəngini idisə, yenilənmiş siyahıda 42-ci pilləyə düşüb.
Yaxınlarda 70 illik yubilyeyini qeyd edəcək Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət