Slimfit
  1. HƏRB

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi
Sakura

“Global Firepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb

“Global Firepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb. 

Oxu.Az-ın məlumatına görə, Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə beş pillə irəliləyərək, 53-cü mövqedə qərarlaşıb.

Ermənistan ordusu 84-cü, Gürcüstan Silahlı Qüvvələri isə 82-ci yerdə qərarlaşıb.

Türkiyə Silahlı Qüvvələri doqquzuncu, İran isə 13-cü yerə layiq görülüb.

İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya orduları yer alıb.

“Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR