Slimfit
  1. MEDİA

Azərbaycan Dünyanın 54 ölkəsində keçirilən startap proqramında dördüncü dəfə (Qeydiyyat başladı)

Azərbaycan Dünyanın 54 ölkəsində keçirilən startap proqramında dördüncü dəfə (Qeydiyyat başladı)
Sakura

Azərbaycan Dünyanın 54 ölkəsində keçirilən startap proqramında dördüncü dəfə (Qeydiyyat başladı)

Son 3 ildə Azərbaycanın da uğur qazandığı və 54 ölkənin iştirak etdiyi dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) akselerasiyası olan ClimateLaunchpad proqramının 2020-ci il üzrə ilk mərhələsi başladı. ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab”  innovasiya mərkəzidir. Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir. İndi isə gəlin daha ətraflı tanış olaq proqram ilə.

 

Son müraciət tarixi: 20 May, 2020

Müraciət forması: https://climatelaunchpad.org/application-form/

Kimlər bu proqramda iştirak edə bilər?

Innovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim və s. peşənizdən asılı olmayaq bu sahəyə maraq göstərirsinizsə, bu proqram tam sizin üçündür desək yanılmarıq.

Hansı ideyalarla müraciət etmək olar?

Proqramda istənilən sahəyə aid hər hansı bir cleantech layihəsi və ya ideyası iştirak edə bilər - bu mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternative enerji mənbəsi və ağlınıza gələ biləcək istənilən bir cleantech layihəsi ola bilər. 

- Cleantech nədir deyə sual verirsinizsə ilkin olaraq əvvəlki illərdə ClimateLaunchpad proqramında dünyadan və ölkəmizdən iştirak etmiş və uğur qazanmış layihələrlə burada tanış olun

- Cleantech layihələr haqqında dərc etdiyimiz qısa məqaləni oxuyun

Əgər sizin bu sahədə ilkin mərhələdə olan startapınız yaxud ideyanız varsa elə indi qeydiyyat formasını doldurmaqla, öz ideyanızla ilkin seçim mərhələsinə qoşula bilərsiniz. 20 May 2020-ci il tarixinə qədər, öz ideyalarınızı buradan (https://climatelaunchpad.org/application-form/) göndərə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, proqrama müraciət etmək üçün heç bir biznes plana ehtiyac yoxdur. Proqram müddətində yerli və xarici mentorlar növbəti mərhələdə sizə biznes plan tərtibində kifayət qədər kömək olacaq və istiqamət verəcəklər.

Proqrama qəbul olan layihələri dünya finalına qədər nə gözləyir?

"ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir: 

Mərhələ 1: Kamp (Bootcamp) – 19, 20 və 21 İyun, 2020

Azərbaycanın keçən illərdəki uğurlu nəticələrinə görə, bu il ClimateLaunchpad proqramına qəbul olunan 13 komanda / layihə ekskluziv olaraq ClimateLaunchpad proqramının təsisçisi Frans Nauta və yerli mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 3 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı – İyun – Avqust, 2020

İki günlük bootcamp bitdikdən sonra komandalar 6 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar.

Mərhələ 3: Ölkə Finalı – Demo Günü – Avqust, 2020

Ölkə daxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad - in təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 54 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2020-ci ilin Sentyabr ayında keçiriləcək Dünya Finalıa vəsiqə qazanacaqlar. Bu komandaların Dünya Finalında iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır. 

Mərhələ 4: "Dünya Finalı" – Sentyabr, 2020

Hər bir ölkənin qazanan-3 komandası Dünya Finalında bir yerə toplanacaq və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. İki gün davam edən Dünya Finalında dünyanın 50-dən çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda 3 startupımız ölkəmizin uğuru üçün yarışacaqlar.

Nə qazanacaqsınız?

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 13 startup akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: € 10,000 avro,

– İkinci yer: € 5,000 avro,

– Üçüncü yer: € 2,500 avro.

– Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)

– Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!

Onu da qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il Dünya Finalına ev sahibliyi etmək hüququ qazanır.

Ötən illərdə Azərbaycan nəyə nail oldu?

Ötən 3 ildə 54 ölkənin iştirak etdiyi ClimateLaunchpad proqramında Azərbaycandan hər il 13 startup olmaqla, ümumilikdə 39 startap qəbul olaraq akselerator proqramını uğurla başa vurublar. Və ölkə finalında top-3 startap - ümumilikdə 9 startap hər dünya finalında Azərbaycanı təmsil ediblər. 2017-ci ildə ölkə finalı qalibimiz həm də dünya finalında 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular!

Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün

Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün onu qeyd edək ki, ötən illərdə ClimateLaunchpad proqramında biri Professor olmaqla, 10 - a yaxın elm sahəsində tətqiqatçı öz layihələri ilə iştirak etmişdir. Və 2017-ci ildə ölkə finalının qalibi də məhz Professor Yusif Abdullayev və tələbələri olmuşdur. Dünya finalında isə ölkəmizi uğurlu şəkildə təmsil edərək iştirak edən ölkələr arasında 105 layihə içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular. Buna görə də layihələrini ilə Edinburg şəhərində Climate-KİC akselerasiya proqramına qəbul oldular və layihələrini inkişaf etdirmək üzərində işlərini davam etdirdilər.

Azyaşlı gənclərimiz üçün

Azyaşlı gənclərimiz üçün onu da qeyd edək ki, ötən il ölkəmizdə adını hamının eşitdiyi Reyhan Camalova (Rainergy layihəsinin təsisçisi) öz layihəsi haqqında məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başlamış, proqrama seçilən uğurlu layihələrdən biri olmuş və məhz ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatınız qazanmışdır. Social Innovation Lab - in ClimateLaunchpad proqramından sonra Reyhan öz layihəsilə Forbes jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu!

Son müraciət tarixi: 20 May, 2020

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!

Müraciət forması: https://climatelaunchpad.org/application-form/

Suallarınız olarsa ClimateLaunchpad Azerbaijan və ya Social Innovation Lab facebook səhifələrinə yaza bilər və ya +994772099750 whatsapp biznes nömrəsinə yazaraq suallarınızı verə bilərsiniz.

Bir daha xatırladaq ki, ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab”  innovasiya mərkəzidir. Proqramın Media tərəfdaşları Technote Media və Edumap təşkilatlarıdır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR