Slimfit
  1. PSİXOLOGİYA

Pis əhvala görə pis əhval: özümüzü necə pis edirik

Pis əhvala görə pis əhval: özümüzü necə pis edirik
Sakura

Yeni araşdırmaya əsasən öz mənfi emosiyalarından qaçan insanlar neqativ hissləri özündə qəbul edənlərdən…

Berklidə Kaliforniya Universitetindən olan tədqiqatçı qrup 1300 yaşlı insanı test edərək emosial qəbulla psixoloji sağlamlıq arasındakı əlaqəni öyrəndi. Nəticələr göstərdi ki, qəmgin emosiyaları inkar edən və ya onları çox sərt qiymətləndirən insanlar özlərini psixoloji cəhətdən daha güclü stress vəziyyətində hiss edirdilər. Əksinə olaraq digərləri özlərinə kədər, məyusluq və narazılıq kimi hissləri “icazə verərək” daha az əhval pozuntusu simptomları barədə məlumat verirdilər.

Müxtəlif qruplarda üç araşdırma aparıldı – laboratoriya şəraitində və internetlə. Bu zaman təcrübə aparılanların yaş, cins, sosial-maliyyə vəziyyəti nəzərə alınırdı. Alimlərin sözlərinə görə onlar sonuncunu nəzərə alırdılar, belə ki firavan həyat özünü qəbul etməyə imkan verir.

İlk araşdırmada təcrübədən keçirilən 1000-dən çox insan sorğunu dolduraraq belə vəziyyətlə əlaqəli suallara cavab verirdilər: “Mən özümə indi hiss etdiyimi hiss etməməliyəm”. Özünün pis əhval-ruhiyyəsi ilə əlaqədar neqativ hisslər keçirməyənlər özlərini yaxşı hiss edirdilər.

Daha sonra 150 iştirakçı laboratoriya şəraitində həyat çətinlikləri ilə bağlı öz emosialarını dəyərləndirdilər. Burada eyni nisbət aşkar olunmadı.

Yekun araşdırmada 200-dən çox insan iki həftəlik dövr ərzindəki ən çətin vəziyyətlərini qeyd etdilər. 6 aydan sonra onların ruhi sağlamlığı barədə soruşanda aydın oldu ki, neqativ emosiyalardan qaçanlar daha çox əhval pozğunluğu simptomları göstərirdilər.

Gələcəkdə tədqiqatçılar özündə mənfi hissləri qəbul edən və ya inkar edən mədəni və təhsil xüsusiyyətlərini öyrənməyi planlaşdırırlar.

Araşdırma Journal of Personality and Social Psychology jurnalında dərc olunub.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR