Slimfit
  1. TEXNOLOGİYA

Ən qara boyanı artıq almaq mümkündür

Ən qara boyanı artıq almaq mümkündür
Sakura

Ən qara boyanı artıq almaq mümkündür

Amerika şirkəti olan NanoLab məşhur Vantablack örtüyünün analoqunu hazırlayıb və artıq dünyada ən qara boyanı almaq mümkündür.

Dünyada ən qara süni materialı Vantablack adlanır. Nanoborular əsasında olan bu möcüzəvi boya ona düşən işığın 99,6%-ni udur. Buna görə də Vantablack boyasına boyanmış obyektin formasını başa düşmək çətin olur – çünki həm gündə, həm də kölgədə eyni səviyyədə qaradır.

Vantablack boyasını Surrey NanoSystems şirkəti hazırlayır. Onu ancaq Böyük Britaniyada qeydiyyatdan keçən hüquqi şəxslərə satırlar. Mağazada tam qara bir şey almaq mümkün deyil: hüquqi şəxslərdən başqa boya ilə örtülmüş obyektin hissələrini muzeylər və universitetlər də alırdı.

Lakin mağazada artıq Singularity Black  boyasını almaq olar. Gün işığını udmasına görə Vantablack boyasından heç də geridə qalmır. Kiçik banka (20ml) 50 dollar dəyərindədir. Singularity Black boyasını NanoLab şirkətinin mühəndisləri boston rəssamı Ceyson Çeyz (Jason Chase) ilə birlikdə hazırlayıblar. Göy qurşağı fonunda qara ayı fiquru Çeyzin quraşdırmasıdır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR