Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib

Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib
Sakura

Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barel) təşkil edib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 61,6 min tonunu (gündəlik 455 min barel) neft, 13,5 min tonunu (gündəlik 111 min barel) kondensat təşkil edib.

Beləliklə, Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR