Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan aliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Azərbaycan aliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Sakura

Azərbaycan aliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın “Proqramlaşdırma dillərinin inkişaf tendensiyaları” mövzusunda məqaləsi “Journal of Engineering and Technology (JET)” beynəlxalq elmi jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik sahələri haqqında məlumat verilib. Proqramlaşdırmanın inkişaf tendensiyaları və bu sahədə olan problemlər araşdırılıb. Proqramlaşdırma dillərinin müqayisəli təhlili aparılıb, üstünlükləri və çatışmazlıqları aydınlaşdırılıb. Müasir proqramlaşdırma dilləri və onların xarakterik xüsusiyyətləri analiz edilib və üstün cəhətləri qeyd edilib. Proqramlaşdırma dillərinin son illəri əhatə edən reytinqi haqqında statistik məlumatlar diaqramlar vasitəsilə təqdim olunub.

Qeyd edək ki, Malayziya Texniki Universitetlər Şəbəkəsi tərəfindən nəşr olunan “Journal of Engineering and Technology” “Mexanika və İstehsalat Mühəndisliyi”, “Elektrik Mühəndisliyi”, “Kompüter elmləri və mühəndislik”, “Texnologiyanın idarəolunması”, “Mühəndislik riyaziyyatı” və digər istiqamətləri əhatə edir. Jurnal “DOAJ”, “Google Scholar”, “Malaysian Citation Index” və digər elmi bazalarda indeksləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR