Dərc edildi: Baxış sayı: 505
AZAL-dan Bakı-Naxçıvan reysi ilə bağlı AÇIQLAMA
Operativ Qərargahın zamanında verdiyi qərar əsasında uçuşların bərpası qərarlaşdırılıb.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"İlk uçuş 15 iyun 00:00-da Bakı-Naxçıvan istiqamətində baş tutacaq. 106 yer ayrılsa da, 100 yer satışa çıxarılacaq. Əgər uçuş zamanı hansısa sərnişində virus aşkarlanarsa, təyyarənin arxa sırasında əyləşdirilib, respirator maska ilə təmin olunmalıdır".
O əlavə edib ki, sərnişinlərin hava limanında və səyahət zamanı davranış qaydalarının əyani nümayişi üçün hava yolları gəmisi tərəfindən videoçarx hazırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət