Slimfit
  1. AZƏRBAYCAN

Azad Rəhimov: "Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar"

Azad Rəhimov: "Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar"
Sakura

Azad Rəhimov: "Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar"

"Ötən il keçirilən Formula yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Qonaqların da reaksiyası bu ifaya yaxşı oldu". 

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov III MilliMun konfransının açılışında çıxışı zamanı deyib. O bildirib ki, dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və himni ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu dedilər: " Sözsüz ki, himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar. Həqiqətən də gənclərdə himn səsləndiriləndə vətənpərvərlik, qürur hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki hamı bir ağızdan oxumalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR