Dərc edildi: Baxış sayı: 671
Ayaq qıcolması: hansı xəstəliklərin əlamətidir?
Yəqin ki, hər biriniz heç olmasa bir dəfə də olsa ayaq qıcolması keçirmisiniz. Son zamanlarda bir çox insanlarda müşahidə edilən qıcolmaların səbəbləri də müxtəlifdir.
Medicina.az sizə bir çoxlarını narahat edən ayaq qıcolmalarının səbəblərini çatdırır:
Ayaq qıcolması əsasən 10 saniyədən 15 dəq-dək davam edən ayaq əzələsinin tonusunun qəfil artması nəticəsində meydana çıxan haldır. Ən çox ayağın baldır əzələlərində müşahidə edilir. Səbəbi isə baldır əzələlərinin ürəkdən mərkəzi sinir sistemində uzaqda yerləşməsidir.
Qıcolmaların 2 cür səbəbləri olur:
Birinci səbəbi fiziki yük və müxtəlif patologiyaların əlaməti kimi özünü büruzə verə bilər. Bu patologiyalara varikoz, insulindən asılı olmayan şəkərli diabet, böyrək çatışmazlığı, yastı pəncəlik, qalxanabənzər vəzin hormon disbalansı, Parkinson xəstəliyi, sirroz, müxtəlif şişlər, spazmofliya, dağınıq skleroz, neyroinfeksiyalar və s ola bilər. Əgər sizdə ay ərzində 2-3 dəfədən artıq bu cür qlcolmalar baş verirsə o zaman nevroloqa müayinə olunmağınız məsləhətdir.
2-ci səbəb isə fiziki aktivlik fonunda, əsasən velosiped, qaçış kimi idman növləri fonunda meydana çıxa bilər. Bu zaman qıcolmaların öhdəsindən həkimə müraciət etmədən də gəlmək olar. Çox zaman qıcolmaların səbəbi kalsium və kalium kimi mikroelementlərin çatışmazlığı, eləcə də əzələlərdə yığılan süd turşusunun həddən artıq olması ola bilər. Bundan əlavə yastı pəncəlilik də ayaqlarda qan və limfa axımını istiqamətini dəyişməsi səbəbindən də meydana çıxır.
Tutmalar zamanı nə etmək lazımdır?
Mütəmadi məşqlər zamanı tərləmə elektrolitlərin itirilməsinə gətirib çıxarır. Ona görə də, əzələlərin normal yığılmasını təmin etmək üçün maqnezium, kalium və kalsium minerallarını qəbul etmək tələb olunur. Buna görə də həkimlər idmançılara əsasən bioloji əlavələr və vitaminlərlə zəngin balanslaşdırılmış qida rasionu təyin edirlər.
Yastı pəncəlik zamanı isə ortopedik və idman ayaqqabısından istifadə etmək daha məqsədəuyğundur.
Tutmalar tez keçsin deyə nə etmək lazımdır?
Qıcolmalar əsasən gecəyarı baş verir. Bunun səbəbi isə yatmış vəziyyətdə ayaqlardakı artrerial təzyiqin azalmasıdır. Tutma zamanı ayaq pəncəsini yuxarıya doğru dartın, diz oynağınızı bir neçə dəfə açıb-bağlayın, qıcolmuş əzələni əlinizlə masaj edin. Qan dövranını yaxşılaşdırmaq üçün isidici mazlardan da istifadə etmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət