Slimfit
  1. DÜNYA

Avstraliyada ilk evtanaziya əməliyyatı həyata keçirilib

Avstraliyada ilk evtanaziya əməliyyatı həyata keçirilib
Sakura

Avstraliyada ilk evtanaziya əməliyyatı həyata keçirilib

 

Avstraliyada sağalmaz xərçəng xəstəsi olan qadın üzərində ilk evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) əməliyyatı aparılıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, 61 yaşlı Keri Robertson Viktoriya ştatındakı klinikada özünün və övladlarının razılığı əsasında həkimlərin “köməyi” ilə dünyasını dəyişib. O, bu ölkədəki evtanaziyaya icazə verilməsi haqqında qanundan istifadə edən ilk pasient olub.

Telekanalın reportajında bildirilir ki, xanım Robertson 2010-cu ildən xərçəng xəstəliyindən müalicə olunub. Bu müddət ərzində onun sümükləri, ağciyəri və qara ciyərində də metastaz əmələ gəlib. O, mart ayında çox ağır kimya terapiyası və şüalanma proseduralarından imtina edib və bundan sonra bədənindəki ağrılar dözülməz həddə çatıb. İyunda isə Viktoriya ştatında evtanaziya haqqında qanun qüvvəyə minib. Pasientin bacısı bildirib ki, Keri Robertson dərmanlar vasitəsilə həyatdan məhrum edildikdə söylədiyi son sözlər “əzablı və ağrılı həyatdansa, rahat ölüm daha yaxşıdır” olub.

Qeyd olunur ki, Avstraliyanın Viktoriya ştatında müxtəlif sağalmaz xəstəliklərdən əziyyət çəkən daha 68 nəfər evtanaziya üçün müraciət edib. Qanuna görə, bu əməliyyata məruz qalacaq insanın ən azı 18 yaşı olmalı və evtanaziya üçün müraciətdən sonra minimum 6 ay yaşamalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR