Dərc edildi: Baxış sayı: 461
Avropanın ilk sualtı restoranı açılıb
Norveçin Lindesnes şəhərində Avropanın ilk sualtı restoranı açılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, restoranın özəlliyi Şimal dənizi və eqzotika sakinlərinin panoramic mənzərəsini təqdim edən 36 kvadrat metrlik nəhəng pəncərəsinin olmasıdır. Bu məkanda dəniz məhsulları suyun 5 metr dərinliyində müştərilərə təqdim edilir.
Restoranın sahibi Stiq Abosta jurnalistlərə açıqlamasında su altında açdığı restoranın bütün təhlükəsizlik qaydalarına cavab verdiyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət