Slimfit
  1. MARAQLI

Avropada Süni Ürək Transplantasiyası Edən İlk Cərrah Qadın: Dilek Gürsoy

Avropada Süni Ürək Transplantasiyası Edən İlk Cərrah Qadın: Dilek Gürsoy
Sakura

Avropada Süni Ürək Transplantasiyası Edən İlk Cərrah Qadın: Dilek Gürsoy

Dilek Gürsoy, Avropada etdiyi süni ürək nəqli ilə bir daha diqqətləri özünə cəlb edir.

Cərrah  Dilek Gürsoyun Almaniyada başlayan həyat hekayəsinə nəzər salaq: Almaniyada dünyaya göz açan Dilek Gürsoy 10 yaşında olarkən atası infarkt keçirdiyi üçün vəfat edib.

“Mən heç vaxt keçmişimi, hardan gəldiyimi unutmamışam. Ailəmlə 1 otaqlı evdə yaşayırdıq. Mən anam və atamla 1 otaqda, qardaşım isə zalda divanda yatırdı. Gecə saat 12də atamın səsinə oyanan qardaşım qışqıraraq yataq otağına girdi. Biz də qardaşımın səsinə oyandıq. Atam isə artıq ölmüşdü. Bəlkə də onu həyata qaytarmaq olardı. Ancaq məlumatsızlıq ucbatından mümkün olmadı. Anam və qardaşım kömək üçün qapı qonşumuz olan qohumlarımızı çağırmağa getdi. Mən də təxmini 10 dəqiqə atamla birlikdə qaldım. Onu öpərək vidalaşdım. Çünki, öldüyünü və bir daha geri gəlməyəcəyini artıq başa düşmüşdüm.”

“Bəzi insanlarlar atamın infarktdan ölmə səbəbi ilə ürək cərrahı olduğumu düşünür. Şüurlu deyil amma şüuraltı bəlkə də belədir. Atam çox bəsit bir səbəbdən, ürək qapaqcıqları xəstəliyindən vəfat etdi. Bu gün isə bu problem 1.5 saatlıq əməliyyatla həll olunur.”

Bütün maneələri aşaraq, tibbi təhsilini tamamladı və uğurlu bir ürək cərrahı oldu. Süni ürək, üzərində işlədiyi əsas mövzulardan biri idi.

O, işlərini uğurlu bir şəkildə davam etdirməklə yanaşı, Avropada süni ürək transplantasiyası edən ilk qadın olmağa müvəffəq oldu.

2017-ci ildə Merkellə görüşdü və o Merkelə “Neussun qüruru” olaraq tanıdıldı.

Dilek Gürsoy, bir müddət əvvəl Avropanın ən prestijli mükafatı olan Victress mükafatına layiq görülmüşdür.

2005-ci ildən bu yana, hər il cəmiyyətdə uğur qazanan və öndərlik edən qadınlara verilən Victress mükafatı, bu dəfə əzmli və istiqrarlı olduğu üçün Dr. Gürsoya layiq görüldü.

“Bu mükafat, süni ürək və orqan nəqli ilə bağlı işlərimi daha geniş kütləyə çatdırmağıma səbəb oldu. Bu da məni, ağır və ürək nəqli gözləyən xəstələrim adına çox sevindirir.” – Dilek Gürsoy

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR