Slimfit
  1. MEDİA

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri  AMEA-da olub
Sakura

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.   

         Qonağı salamlayan AMEA prezidenti rəhbərlik etdiyi qurumun fəaliyyəti və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Akademiyanın gənclərin elmə cəlb edilməsi, onların beynəlxalq aləmə inteqrasiyası məqsədilə Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirdiyi elmi layihələrdən bəhs edib. Akademik Akif Əlizadə AMEA-da elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər və AMEA Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti haqqında da məlumat verib. Qonağı “YT Park”-da həyata keçirilən layihələr və onun infrastrukturu ilə yaxından tanış olmağa dəvət edib.

         Səmimi qəbul üçün minnətdarlığını bildirən Kestutis Yankauskas Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafından, nazirliklər və dövlət agentlikləri ilə görüşündən, müxtəlif sahələrdə həyata keçirilən proqramlardan söz açıb.

Avropa İttifaqının daha çox Azərbaycanın əsas ticarət tərəfdaşı kimi tanındığını deyən nümayəndəliyin rəhbəri təşkilatın əməkdaşlığının yalnız iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar, təhsil, mədəniyyət və digər mühüm istiqamətləri də əhatə etdiyini bildirib. Sözügedən sahələrin inkişafında Avropa təcrübəsinin və yeni texnologiyaların tətbiqinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Kestutis Yankauskas həmçinin Azərbaycanda universitetlərlə birgə həyata keçirilən layihələrdən də söz açıb. Həmin layihələr çərçivəsində yüksək təhsil üzrə müxtəlif təlimlər keçirildiyini, ali təhsil ocaqlarından tələbələrin təhsil almaq üçün Avropanın nüfuzlu universitetlərinə göndərildiyini vurğulayıb.

Ölkədə innovasiya mühitinin təkmilləşdirilməsi məqsədilə startapları və böyük innovasiya yönümlü layihələri dəstəkləməyə təşkilatın maraqlı olduğunu bildirən diplomat “YT Park” ilə də yaxından tanış olmaq istədiyini bildirib.

Akademik Akif Əlizadə görüşdə Avropa İttifaqı ilə uğurlu əlaqələrin qurulmasına və əməkdaşlığın K.Yankauskasın ölkəmizdə fəaliyyəti müddətində daha da fəallaşacağına əminliyini bildirib.

Görüşdə həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Mətbuat və informasiya idarəsinin müdiri Zülfüqar Fərzəliyev iştirak ediblər.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

Mətbuat və informasiya idarəsi

İctimaiyyətlə əlaqələr

şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR