Slimfit
  1. AZƏRBAYCAN

“Aviasiya haqqında” qanuna hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması ilə bağlı dəyişiklik edilib

“Aviasiya haqqında” qanuna hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması ilə bağlı dəyişiklik edilib
Sakura

“Aviasiya haqqında” qanuna hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması ilə bağlı…

 Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Report” xəbər verir ki, qanuna 43-1 (Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması) maddəsi əlavə olunub.

Maddəyə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə daşıyıcılar Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair məlumatları biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidir.

Daşıyıcılar ekipajın hər bir üzvünün vəzifəsi və ona dair məlumatlar hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidir. Hava gəmisinin ekipajının tərkibi dəyişdikdə həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək verilməlidir.

Hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatlar, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edildiyi halda hallar istisna olmaqla, alınır, toplanır və istifadə edilir.

Hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları ilə mübadilə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihədə bildirilib ki, bu, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və daşıyıcılar üçün Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin həm sərnişinləri, həm də ekipaj üzvləri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək öhdəliyi müəyyən edir. Hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları ilə mübadilə edilməsi qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək qaydalarda öz əksini tapacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR