Audi elektromobil istehsalına başladı
Audinin Brüsseldəki zavodunda brendin tarixində ilk elektrik krossoveri olan E-Tronun istehsalı başladı. Yeri gəlmişkən, elektrokarın rəsmi premyerası 17 sentyabr tarixində San-Fransiskoda baş tutacaq.
San-Fransiskodakı xüsusi tədbirdə Audi E-Tron elektromobili ilə birlikdə məişət doldurma stansiyası və digər aksesuarlar təqdim olunacaq. Brendin model sırasında yeni elektrokar Q5 və Q7 krossoverləri arasında yer tutacaq, E-Tronun rəqibləri isə Jaguar I-Pace və Mercedes-Benz EQC olacaq.
Audi elektromobili ümumi 310 at gücünə malik iki elektrik mühərriki ilə təchiz olunmuşdur. Akkumulyator batareyası həcmi ilə fərqlənir: 150 kvT/s, özü də almanlar yarım saata tam doldurmanı vəd edirlər. Yeri gəlmişkən, Teslada ən böyük həcmli batareya 100 kvT/s-dır.
E-Tronun gediş ehtiyatı bir doldurmaya 400 km təşkil etməlidir. Enerjinin tormozlama zamanı bərpası sistemi hərəkət üçün lazım olan 30%-ə qədər enerjini almağa imkan verir. Avropada elektromobillərin sayı ilk dəfə milyon ədədi keçib, satışlar isə ötən illə müqayisədə 42% artıb.
Mənbə: Populyarnaya Mexanika
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət