Slimfit
  1. AZƏRBAYCAN

ATU Türkiyənin bu universiteti ilə əməkdaşlıq edəcək

ATU Türkiyənin bu universiteti ilə əməkdaşlıq edəcək
Sakura

ATU Türkiyənin bu universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti - Cerrahpaşa arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, ATU-nun qonağı olan İstanbul Universiteti - Cerrahpaşanın rektoru Aydın Nuri bu gün professor Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.7

Sənəddə birgə tədris və təhsil fəaliyyəti, Doktorluq dərəcəsi üzrə tələbə mübadiləsi və birgə rəhbərlik altında doktorluq dissertasiyasının yazılması üzrə əməkdaşlıq, akademik və elmi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, sazişdə ali məktəblərin birgə layihə və tədqiqatlar aparması, diplomaqədərki və diplomdansonrakı tələbələrin mübadiləsi, elmi işçilərin və tədris heyətinin mübadiləsi, Akademik nəşrlər və elmi sənədlərin mübadiləsi ilə bağlı fəlaiyyətlər də öz əksini tapıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ali məktəblərin ortaq maraqlarını təşviq etmək baxımından memorandumun yararlı olacağını bildirib. Onun sözlərinə görə, hər iki müəssisə qarşılıqlı korporativ tədris və elmi-tədqiqat fəaliyyətini reallaşdırmaqda maraqlıdır. Bunun üçün işlək mexanimzlərin yaradılmasına ehtiyac var.

Türkiyənin İstanbul Universiteti - Cerrahpaşa rektoru, Professor Doktor Aydın Nuri hazırda universitetdə 42 min tələbənin olduğunu, ali məktəbdə yeni struktur dəyişikliklərinin aparıldığını bildirib: “Cerrahpaşa artıq bir markaya çevrilib. Tibb təhsili sahəsində çox irəliləyişlər əldə etmişik. İnanıram ki, əməkdaşlığımız sayəsində bir-birimizə hər bir sahədə yardımçı ola biləcəyik”.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR