Slimfit
  1. İDMAN

Atıcılıq üzrə Dünya Kubokunun Azərbaycana həvalə olunmasının səbəbi məlum olub

Atıcılıq üzrə Dünya Kubokunun Azərbaycana həvalə olunmasının səbəbi məlum olub
Sakura

Atıcılıq üzrə Dünya Kubokunun Azərbaycana həvalə olunmasının səbəbi məlum olub

2020-ci ildə Qəbələdə keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi ilə bağlı mətbuat konfransı təşkil olunub.

Report” xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Bəyəli Hacıyev və qurumun baş katibi Emin Cəfərov iştirak edib.

İ. İsmayılov bildirib ki, bu cür yarışlara ev sahibliyi Azərbaycanın qabaqcıl idman ölkəsi olmasına dəlalət edir: “Azərbaycan idman ölkələrindən biridir. Atıcılıq bizdə ən populyar idman növlərindən sayılır, olimpiya və Avropa çempionumuz var. Azərbaycanda atıclıq üçün 2 Olimpiya Kompleksi mövcuddur. Mütəmadi olaraq Qəbələ şəhərindəki Atıcılıq Mərkəzində Qran Pri yarışları keçirilir. Artıq bir neçə ildir ki, dünya səviyyəli idman yarışlarına ev sahibliyi edirik. Artıq 4-cü ildir ki, “Formula 1” yarışı Bakıda keçiriləcək. I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Belə yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan qabaqcıl idman ölkələrindən biridir".

B.Hacıyev isə Bakı Atıcılıq Mərkəzinin fəaliyyətindən danışıb: “Bura 2016-cı ildən fəaliyyət göstərir və 4 böyük yarışa – I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya Kuboku mərhələsi və Avropa çempionatına ev sahibliyi edib. Bundan əlavə, bura vətəndaşlarımız və əcnəbi qonaqlarımız üçün də açıqdır. Ölkəmizdə bu idman növünə maraq yüksək səviyyədədir".

E.Cəfərov Dünya Kubokuna ev sahibliyi hüququnun Azərbaycana verilməsinin səbəblərindən söhbət açıb: “Avqust ayında Vyanda Beynəlxalq İdman Atıcılıq Federasiyasının İcra Komitəsinin toplantısı keçirildi. Burada 15 namizəd ölkədən yalnız 6-sı təşkilatçılıq üçün seçiləcəkdi. Azərbaycan da bu 6 ölkənin arasında yer aldı. Bu yarışın keçirilməsi üçün beynəlxalq standartlara uyğun komplekslərdə keçirilməli idi. Bundan əlavə, öncəki illərdə bu yarışlarda təcrübəsi olan ölkələrə də üstünlük verilirdi. Ona görə də Azərbaycan bu 6 ölkə sırasında yer aldı. Yarışda 70d-ən çox ölkədən 600-ə qədər idmançının iştirakı gözlənilir”.

Qeyd edək ki, yarışın 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından əvvəl, may- iyun aylarında keçiriləcəyi gözlənilir. Azərbaycan 2014-ci ildən etibarən atıcılıq növləri üzrə Dünya Kuboku, Avropa çempionatı və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR