Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - Mərdlik və igidlik

Atalar sözləri - Mərdlik və igidlik
Sakura

Azərbaycan atalar sözləri - Mərdlik və igidlik

  • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Aydan arıyam, sudan duru.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Alnım açıq, üzüm apbalam
  • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
  • Aslanın nə erkəyi, nə dişisi
  • Asta sox, Rasta sox.
  • At ət ilə, igid don ilə.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • Beş günün yarağı, bir günün gərəyi.
  • Bir igid qırx ildə meydana gələr.
  • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
  • Bir qorxaq bir ordunu bada verər.
  • Vura bilməyən, daşın böyüyünü götürər.
  • Vuran igid dayısına gəyişməz.
  • Vuraram ölər, kiş deyərəm getməz.
  • Vur qırxı, gedər qorxu.
  • Vur deyənlə, vuran yarıdır.
  • Qapan it dişin göstərməz.
  • Qaçanı qovmazlar.
  • Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
  • Qorxaq qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
  • Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
  • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • Qorxaq hər şeyi dörd görər.
  • Qorxaq öz kölgəsindən də qorxar.
  • Qorxan gözə çöp düşər.
  • Qorxan öküz cütə getməz.
  • Qorxu adama yalan söylədər.
  • Qorxu başa bəladır.
  • Qorunan baş salamat olar.
  • Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
  • Qoçdan qoç törər
  • Qoç döyüşünə qoç dözər.
  • Qoç igid qurddan çəkinməz.
  • Qurbansız bayram olmaz.
  • Qurddan qorxan qoyun saxlamaz.
  • Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
  • Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
  • Dağlar başına qış, İgid başına iş.
  • Zəri də var, zoru da.
  • Yanında igid olsun, kol dibi evin olsun.
  • Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
  • Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü daldasında qoy yesin aslan səni.
  • Namərddın keç, mərddə dur.
  • Namərdə yaxa vermə, mərdə arxa ol.
  • Namərdi bir gördüm, bir də görsəm namərdəm.
  • Namərdin otağından, mərdin ağac kölgəsi.
  • Namərdin plovundan, mərdin qaşıq aşı.
  • Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
  • Namərdə tuş gələnin işi düyünə düşər.
  • Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
  • Təkədə qoç hünəri olmaz.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR