"Fəaliyyətimin kompası milli maraqların müdafiəsidir" - Ciorcia Meloni
“Mənim fəaliyyətimin kompası milli maraqların müdafiəsidir”.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni “Corriere della Sera” jurnalına müsahibəsində deyib.
“İtaliyalılar bizi son dərəcə mürəkkəb bir mərhələdə ölkəni idarə etməyə çağırdılar. Biz həmişə yeganə kompasa - milli maraqlara uyğun hərəkət etməyə çalışmışıq. Hər şeyi daha da yaxşı etmək olar. Hər addımın arxasında həmişə büdrəmək riski var, lakin bu, hərəkətsiz qalmaq üçün əsaslı səbəb deyil. Yalnız heç nə etməyənlər səhv etmirlər. Peşman deyiləm və heç vaxt utanacağım bir seçim etməmişəm. Çünki bu iki il yarım ərzində heç vaxt özümüzü əsirgəməmişik”, - deyə Ciorcia Meloni vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət