Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - M hərfi

Atalar sözləri - M hərfi
Sakura

Azərbaycan atalar sözləri - M hərfi

  • Mal adama həm dostdur, həm də düşmən.
  • Mal gedər bir yana, iman gedər min yana.
  • Mal itdi, iman itdi.
  • Mal yiyəsinə oxşamasa haramdı.
  • Malı gedənin imanı da gedər.
  • Malı qırov öldürər, qışın adı bədnamdır.
  • Malı mal yanında tanıyarlar.
  • Malı yox - oğru apara, imanı yox - şeytan apara.
  • Malım budu, yarısı sudu, alsan da budu, almasan da.
  • Malın əziz tutan canın zəlil tutar.
  • Malın mal olunca, bazarın bazar olsun.
  • Malın tapıldı, üzün qara oldu.
  • Malın yeməzin malını yeyərlər.
  • Malını bəylər apardı, camalına nə oldu?!
  • Malını itlər yeyər, canını bitlər.
  • Malını yaxşı saxla, qonşunu oğru tutma.
  • Mamaça çox olanda uşaq tərs gələr.
  • Matahın matah olunca, bazarın bazar olsun.
  • Maya doğar, nər doğmaz.
  • Mayasız fətir olar.
  • Mehtərin səsi uzaqdan xoş gələr.
  • Meşə çaqqalsız olmaz.
  • Meşədə ağacın düzün seçərlər.
  • Meşəyə gedən öz ağacın kəsər.
  • Meşəyə od düşəndə quru da yanar, yaş da.
  • Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.
  • Meyxanaçının şahidi üzüm ayaqlayan olar.
  • Meymuna dedilər oyna, dabanını qovzadı.
  • Məkkəyə gedən dəvə hacı olmaz.
  • Mərddən bir xəta, namərddən min.
  • Mərd əli kasad olmaz.
  • Mərdi qova-qova namərd eləmə.
  • Mərdi qova-qova namərd edərlər.
  • Mərd igidlər süfrə açar, ad alar.
  • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
  • Mərdin gözü tox olar, namərdin gözü ac.
  • Mərd gördüyün deməz.
  • Mərd mərdi qanar, Bərkdə oduna yanar.
  • Mərd özündən bilər, namərd yoldaşından.
  • Mərd çörəyini daşdan çıxardar.
  • Məzlumun ahı, devirər şahı.
  • Miyançının kisəsi gen olar.
  • Milçək bir şey deyil, könül bulandırır.
  • Molla alacağın unutmaz.
  • Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.
  • Molla evindən aş çıxmaz, kor gözündən yaş.
  • Molla halvanı yedi, yasini unutdu.
  • Molla Qurandan kəsər, şeytan imandan.
  • Molla Nəsrəddin sağ ola, eşşəklərini qurd yeyə?!
  • Molla olmaq çox asan, adam olmaq çox çətin.
  • Molla tuluq zurnasıdı, qarnı dolmasa, səsi çıxmaz.
  • Mollanı iki yerə çağıranda bağrı çatlar.
  • Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.
  • Motala dadanan köpək bir də gələr.
  • Murdar əsgiyə od düşməz.
  • Murdarı murdar aparar.
  • Muzdur, yerində düz dur.
  • Müftə sirkə baldan şirin olar.
  • Müştəridə göz olsa, satan acından ölər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR