AŞPA prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) Şəhidlər Xiyabanını ziyarət edib.
APA-nın xəbərinə görə, AŞPA prezidenti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.
Qeyd edək ki, AŞPA prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Sentyabrın 11-də AŞPA prezidenti Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət