Dərc edildi: Baxış sayı: 338
Asiya düz bunun mərkəzində dayanır - Fidan
Dünya beynəlxalq sistemin yekun transformasiyasını yaşayır və bu prosesdə Qərb dünyası mərkəz mövqeyini itirir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada cənubi koreyalı həmkarı Park Cin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, beynəlxalq sistemin yekun transformasiyasını yaşadığı günlər gəlib çatıb:
“Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır və Asiya da düz onun mərkəzində dayanır. Qərb dünyası mərkəz mövqeyini itirərkən dünya siyasətinin mərkəzinin şərqə, dədə-baba torpaqlarımıza doğru meyl etdiyini görürük”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət