Dərc edildi: Baxış sayı: 532
Aşıq Ömər - Məni
Sabahdan uğradım mən bir gözələ
Gözəl ağlatmadı, güldürdü məni.
Ummaz idim ondan mən bu kərəmi
Ağ köksü üstünə qondurdu məni.
Üç gözəllə gəldi burdan yuxan
Daramış zülfunü, vermiş tuman.
Yann ləblərindən zəmzəm pinan
Verdi də ağzıma, qandırdı məni.
Burda bir dilbərin mübtəlasıyam
Üç gün ağıllıyam, üç gün dəliyəm.
Dostun baxçasında qönçə gülüyəm
Soğdu al yanağa, soldurdu məni.
Ömər məcbur bülbül kimi ötməyə,
Dostun baxçasında fəryad etməyə.
Yönümü döndərdim qoyub getməyə
Sanldı boynuma döndərdü məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət