Dərc edildi: Baxış sayı: 489
Aşıq Ömər - Kiminsən sən
Sallanıb seyran yerinə
Çıxan dilbər, kiminsən sən?
Siyah zülftin mah üzüne
Tökən dilbər, kiminsən sən?
Baxdım gözünə, qaşına,
Bənzətdim hüma quşuna.
Məni hicran atəşinə
Yaxan dilbər, kiminsən sən?
Payinə üz sürən qullar
Dəmadəm mədhin edərlər.
Al yanaq üstünə güllər
Taxan dilbər, kiminsən sən?
Seyrana geder bostana
Bülbül qonar gülüstana.
Bizə məstanə-məstanə
Baxan dilbər, kıminsən sən?
Aşıq Ömər, seyrə varma,
Vanb divanına durma.
Ala gözə siyah sürmə
Çəkən dilbər, kiminsən sən?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət