Dərc edildi: Baxış sayı: 599
Aşıq Nəsib - Şenliyin
Bir vaxt bu yerlərdən keçib gedibdi,
Gəzir ağızlarda sözü Şenliyin.
Təbli adamların sinəsindədir,
Çeşməsi, bulağı, sözü Şenliyin.
Gündən güzərandan sınır ürəyim,
Ay Nəsib, ustadı anır ürəyim.
Həsrətdən od tutub yanır ürəyim,
Yaloyu, ataşı, közü Şenliyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət