Dərc edildi: Baxış sayı: 559
Aşıq Nəsib - Alaşa
Yatdın suda, ay maşallah,
Nə xoşdu halın, Alaşa.
Toz-torpağa, quma-gilə
Batıbdı yalın, Alaşa.
Yazıq colpa mat qalıbdı,
Çarığına su dolubdu.
Deyən ağlı azalıbdı,
Çox qeylü-qalın, Alaşa.
Sənlə nahaqdan öyündüm,
Nəsibəm ucadan endim.
İslanlıb cücəyə döndüm,
Varmış zavalın, Alaşa.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət