Dərc edildi: Baxış sayı: 578
Aşıq Nəcəfalı - Bir gün
Zaman belə qalmaz, bir dövran gələr,
Ağalar alçalar, nökər yüksələr.
Qamçı işdən düşər, ürəyim bilər,
Zülmünü yadına salarsan bir gün!
Mən bilirəm, məndən xuda alıbdır,
Özüm qovulmuşam, haqqım qalıbdır,
Yerinən göy bu zülm ilən dolubdur,
Vaxt olar bu günü dilərsən bir gün!
Nəcəfalı sənə dedi sözünü,
Qan-yaş ilə sən doldurdun gözünü,
Bir vaxt olar tanıyarsan özünü,
Əhdini nökərdən dilərsən bir gün!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət