Dərc edildi: Baxış sayı: 482
Aşıq Nəcəf - Ərzim var
Gedən getmə, mən də gəlim yetirim,
Sən getdiyin Kərbəlaya ərzim var.
Düldülün sahibi Qəmbər ağası,
Şiri Yəzdan Mürtəzaya ərzim var.
Sənətkar tək gəzdim neçə elləri,
Tapdamadım çiçəkləri, gülləri.
Fərat kənarında düşən qolları,
Həzrət Abbas binəvaya ərzim var.
Nəcəf deyər, özüm qaldım hədəfdə,
Ha çalışdım açılmadı kələf də.
Arzum idi gedəm qalam Nəcəfdə,
Səcdəgahım, bir Xudaya ərzim var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət