Dərc edildi: Baxış sayı: 641
Aşıq Nəcəf - Bax
Ay insafsız, qatil olma, göz aç girdikara bax!
Yeri, göyü yaradana, bir pərvərdigara bax!
Zülm edirsən, qan tökürsən yerə, göyə sığışmaz,
Aldanıb dünya malına, olma üzü qara bax!
Yaranmış hamı öləcək, hərənin bir vaxtı var,
Sorğu-sual, polu sirat: qabaqdadı, haqdı var.
Haqqın özü divan edər, ədalət bir təxti var,
Seçərlər günahkarları, yandırarlar nara bax!
Axtarır həsrət gözlərim qohum-qardaş hardadı,
Ala gözlü nazlı yarım, indi ahu-zardadı.
Yet dadıma, Şahı Mərdan, yazıq Nəcəf dardadı!
Kərəm eylə, tut dəstindən, sən çıxar kənara bax!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət